Nadir Qafarzadə blogerlərin bu trendini pislədi “Görməmişlər”

06.10.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə sahib olduqlarını və aldıqları hədiyyələri nümayiş etdirənləri tənqid edib.

Axşam.az xəbər verir ki, sənətçi “Sevilən səhər” proqramında bu cür paylaşımların insanlarda paxıllıq və narazılıq yarada biləcəyini deyib. Nadir belə adamları "görməmiş" adlandırıb:

“Çalışaq ki, hər şeyi göstərməyək. Bu, məndə var, filankəsdə yoxdur: göz qalır, nəfs tökülür. Əhvalı pozulur ki, niyə məndə yoxdur? İnsanda başlayır həmin adama qarşı əsəb yaranmağa. Nifrət edir ki, mənə acıq verirsən? Maşının var, əla, təzə almısan, yaxşı. Yeni dəb düşüb, maşın alıb açırlar, üstünü soyurlar. Görməmişsiniz? Camaat tank, təyyarə sürür. Bunlar görməmişlikdir”.

Qeyd edək ki, son günlər blogerlər arasında yeni avtomobili "unpacking" etmə dəbi yayılıb. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью