Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adların ləğv ediləcəyini açıqlayıb.
Sabiq nazir mətbuata müsahibəsində bildirib ki, bir vaxt gələcək, fəxri adlar ləğv olunacaq: "Onlar Sovet dövründən qalıb.
Həmin vaxt sosial bərabərlik var idi və müəyyən insanları fərqləndirmək üçün bu cür adlar verilirdi.
O vaxt ümummilli lider Heydər Əliyev bizi yığıb dedi ki, fikir mübadiləsi aparaq, bu adlar lazımdır, ya yox və qərar verildi ki, adlar saxlanılsın.
Şou-biznesdə onlarla istedadlı insanlar var ki, tanınırlar, toylara çağırılırlar, pul qazanırlar və heç bu ad haqqında düşünmürlər də".
Şou-biznesdə tanınan və fəxri ad siyahılarından kənarda qalan müğənnilərdən biri də Nadir Qafarzadədir.
O, Qaynarinfo-ya açıqlamasında 55 yaşının olduğunu xatırladıb: "Bu yaşdan sonra nə fəxri ad?
Bir ayağım gordadır, biri də bayırdan asılı vəziyyətdə. Bundan sonra fəxri adı neynirəm? Həmin ad bundan sonra mənim nəyimə lazımdır?".