Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, ifaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib: "Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi.
Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa, buna dəstək olmaq lazımdır.
Dünən pis nəyinsə şahidi olmadım". N.Qafarzadə V.Şərifova ilə toyda oxuduğu anları da sosial media hesabında yayımlayıb.
Lakin o, daha sonra paylaşımlarını silib. Qeyd edək ki, bir müddət əvvəl müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında "Cənnətimsən" m
Qafarzadə buna münasibət bildirərək ifaçıların oxuduğu mahnını Azərbaycan musiqisi üçün utancverici adlandırmışdı.
(Axşam.az) Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.