Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Fransada yerləşən "Sotheby’s" hərrac evi Şlumberje ailəsinin kolleksiyasından daxil olan 28 nadir sənət əsərini hərraca çıxaracaq.
Kulis.az xəbər verir ki, ümumi dəyəri 40 milyon avrodan çox qiymətləndirilən kolleksiyanın ən bahalı əsəri Klod Monenin "İris" tablosudur.
Tablonun 22–30 milyon avro arasında satılacağı gözlənilir ki, bu da Fransada bir rəsm əsəri üçün təklif olunan ən yüksək qiymətdir.
Yüz il ərzində heç vaxt bərpa olunmayan və geniş kütləyə göstərilməyən bu tablo ilə yanaşı, kolleksiyaya Monenin digər işləri, Pol Sezan və Qustav Moro kimi boyakarların rəsmləri, həmçinin Kamil Klodelin bir heykəli daxildir.
Qeyd edək ki, hərrac oktyabrın 22-də keçiriləcək.