Nadir verilişdə AĞLADI: “Anam üçün darıxıram” VİDEO

28.01.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Müğənni Nadir Qafarzadə efirdə ağlayıb.
Bizim.Media xəbər verir ki, Nadir “Qonaqcanlı”da mərhum anasından danışarkən göz yaşı töküb:
 

“Pul adamı xoşbəxt etmir. Ailə idik, bacılarım evdə idi, qardaşım, anam yanımızda idi, bizi qanadlarının altına alırdı. İndi də xoşbəxtəm, amma o xəşbəxtlik daha maraqlı idi. Atalı-analı illərim üçün darıxıram. Bütün analar əzizdir. Anam axşam bazarına gedirdi ki, onda ərzaq ucuz olur. Bizi belə böyüdüb, anam üçün çox darıxıram. 


Atam üçün elə də darıxmıram, çünki vəfat edəndə 12 yaşım var idi. Çox xatırlamıram, yuxu kimi gəlir. Amma anam gözümün önündə əziyyət çəkdi, yeməyi bizə verdi, özü qazanın dibini sıyırdı. Danışa bilmirəm, qəhər məni boğur”.

Sara, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью