Nadirin o açıqlaması dəxlisiz idi

26.11.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Nadirin o açıqlaması dəxlisiz idi"Müğənni Ayan Babakişiyeva duet ortağı Nadir Qafarzadə ilə zaman-zaman haqqında yazılanlara münasibət bildirib.

News24.az OLAY-a istinadla yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində danışıb:

"Hamısı boş-boş xəbərlərdir. Vecimə almıram. Həmçinin şərhləri də. Olmayan şey üçün niyə özümü narahat edim? Əvvəl münasibətimiz necədirsə, indi də o cürdür. Necə ki, duet oxuduğumuz vaxtlarda həftədə bir dəfə danışardıq, ya danışmazdıq. İndi də xeyli müddətdir danışmırıq. O gündə İsa Şükürovun efirində dedi ki, səndə İlhamə Quliyevalaşma gedir. Çox dəxlisiz idi. Həmişə deyirəm, Nadir yaxşı insandır, sadəcə tez özündən çıxan, tez alışan-yanandır. İnsan dost deyəndə onu hər cür qəbul edir. Düşüncəmdə Nadirə qarşı mənfi fikir yoxdur. Normaldır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью