Naftalan “yaşlılar üçün turizm”ə uyğunlaşdırılacaq

20.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Naftalanda turizmin inkişafı üçün yeni strategiya hazırlanacaq

Modern.az xəbər verir ki, Naftalan şəhərində turizmin inkişaf etdirilməsi məqsədilə 2027–2030-cu illəri əhatə edən strategiya sənədinin hazırlanması nəzərdə tutulur.

Strategiya çərçivəsində Naftalan Regional Turizm Şurasının yaradılması və sənədin icrası üzrə Tədbirlər Planının təsdiqlənməsi planlaşdırılır.

Eyni zamanda şəhərdə ən azı 5 yeni turizm məhsulu və ya təcrübəsinin yaradılması, infrastrukturun isə “yaşlılar üçün turizm” prinsiplərinə uyğunlaşdırılması hədəflənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью