Naftalanda 69 yaşlı kişi parkda öldü | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Naftalan şəhərində parkda ölüm hadisəsi baş verib..
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin mərkəzi parkında qeydə alınıb.
Şəhər sakini, 1956-cı il təvəllüdlü Məhyəddin Həsən oğlu Musayev parkda gəzərkən qəfil halı pisləşib. O, elə parkda dünyasını dəyişib.
İlkin məlumata görə, 69 yaşlı M.Musayev qəfil infarktdan dünyasını dəyişib. Araşdırmalar Naftalan Şəhər Prokurorluğu tərəfindən aparılır.
Samir Əli Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu