Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naftalan şəhərində yerləşən sanatoriyaların birində bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, “Möcüzəli Naftalan” sanatoriyasının işçisi, 1989-cu il təvəllüdlü A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.