Naftalanda sanatoriyada meyit tapılıb

24.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Naftalan sanatoriyadan 66 yaşlı kişinin meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən "Sağlamlıq " sanatoriyasında qeydə alınıb.

Meyiti tapılan şəxsin Zaqatala rayon sakini 1959-cu il təvəllüdlü İ.Murtuzov olduğu məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn İ.Murtuzov ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью