Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin 8 milyard 833 milyon manatı (87,5%) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyard 260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,6%-ni təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 980 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8% artaraq 19,903 milyon, kredit kartlarının sayı isə 7,9% azalaraq 2,077 milyon olub. Dekabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 14,490 milyard manat (illik müqayisədə 18,1% çox) və 788 milyon manat (11,8% az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1%, POS-terminalların sayı isə 54,1% artaraq müvafiq olaraq 3 572 ədəd (Bakı üzrə 1 930 ədəd) və 184 220 ədəd (Bakı üzrə 114 689 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur: "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 980 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.