Nağı İmanovun vəziyyəti necədir? | Icma.az
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Ötən gün Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-c
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı,
“Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi.
Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”.
V.Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir: “Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Hər keçən gün həyati riskinin daha da azalacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq”.
Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub.
Tam oxu
Xəbəri oxu