“Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək

27.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı təşkil olunacaq.

Bu barədə Metbuat.az-a İçərişəhər Qoruq İdarəsindən məlumat verilib.

Belə ki, saat 11:30-da uşaqların paradı ilə başlayacaq və 19:00-a qədər davam edəcək tədbir Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin qalereyalarında baş tutacaq.

Balacalar üçün teatr tamaşaları, konsertlər, oyunlar, rəsm və interaktiv sərgilər, ustad dərsləri təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью