Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan kino tarixində özünəməxsus yer tutan filmlərdən biri də gənclərin və yeniyetmələrin həvəslə izlədiyi “Sehrli xalat” filmidir.
Filmin qəhrəmanlarının həyat hekayələri, filmdə baş verən hadisələr və o məşhur “xalat”ı geyinərkən istifadə olunan kəlmələr əlbəttə, bir çoxlarımıza maraqlıdır.Məşhur illüzionist İo Kionun köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət etməsi filmin əsas mövzusudur.
Həmin “səyahət”də uşaqlar üçün yaşadıqları dövrdən çox, keçmiş və gələcək zaman maraqlı və təəccüblüdür.
Filmin əsas qəhrəmanları öz yaşıdları arasında daha çox cəsarətli olan Rəşid və Zərifə olur.
Filmdə yalnız bu iki məktəbli həmin “xalat”ı geyinərək keçmişə və gələcəyə səyahət etməkdən qorxmurlar.Onlar uşaq yaşlarında filmə çəkilsələr də aktyor kimi təhsil almırlar.
Zərifə (Solmaz Hətəmova) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Rəşid (Azər Qurbanov) isə Azərbaycan Milli Konservatoriyasının məzunu olmağı seçir.
Zərifə həyatını müəllim kimi davam etsə də, Rəşid vətəndən uzağa- ABŞ-yə üz tutur və ömrünün sonuna qədər orada yaşayır.Filmin məkan seçimləri də olduqca fərqli təbiətə malik yerlərdir.