Nağıyev xaricdə başına gələnlərdən danışdı: Cibimdən pulları eşələyərək çıxarırdım ki...

23.04.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Aktyor Dmitri Nağıyev Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra xaricdə başına gələnlərdən danışıb.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, sənətçi Rusiyaya qayıdıb və yerli mətbuata danışıb.

"Mənə elə gəlir ki, sanksiyalar hamıya təsir edib. Bank kartları işləmədiyi üçün xaricdə pul ödəyərkən, yemək almaq üçün cibinizi eşələyib pul çıxartmaq ayıbdır, əsl biabırçılıqdır", - Dmitri jurnalistlərə deyib.

Nağıyev pula münasibətindən də danışıb. O, özünə külli miqdarda pul xərcləmədiyini etiraf edib.

"Mən qənaətcil insanam, amma səxavətliyəm. Özüm üçün bir şey aldığıma təəssüflənirəm, amma yaxınlarım, ailəm və dostlarım üçün alanda böyük zövq verir", - sənətçi etiraf edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью