Nahid Şəmşirova 6 il şərti cəza verildi

16.09.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən N.Şəmşirov verilmiş ittihamla təqsirli bilinib. Ona 6 il müddətinə şərti cəza verilib.

Qeyd edək ki, Nahid Şəmşirov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью