Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nahidə Orucova şəxsi həyatı ilə bağlı daha bir dəfə etiraf sələndirib.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist Space TV-də yayımlanan “Sevilən səhər” proqramında ailəsi ilə sənəti arasında seçim etməli olduğunu dilə gətirib.
Aktrisanın sözlərinə görə, əri ona müəyyən məhdudiyyətlər qoyub və həmin dövrdə sənətə çox bağlandığından qızına arzuladığı diqqəti göstərə bilməyib. Marqarita pizza
N.Orucov gənc aktyorlarla bağlı fikirlərini də bölüşüb. O qeyd edib ki, öz dövrlərində əsas məqsədləri pul qazanmaq və fəxri ad almaq deyil, sənətdə tanınmaq və yüksək səviyyəyə çatmaq olub. Sənətçi gənclərin qısa müddətdə fəxri ad gözləməsini düzgün hesab etmədiyini vurğulayıb və onları bu ada layiq olmaq üçün daha çox çalışmağa çağırıb.