Nail Kəmərlinin evindən oğurluğa cəhd edən keçmiş məhkum SAXLANILDI

04.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.

Redaktor.az xəbər verir ki, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью