Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı

05.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərin birindən 2 000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.

Teleqraf.com xəbər verir ki, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.

/Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью