Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

04.12.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью