Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bloger Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloger Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.
Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.
Məlumatı DİN MX-dən Manset az-a təsdiqləyiblər.
A post shared by Manset.az (@manset.az)