Nail Kərimov: “Faydalı imkanlar olarsa, istifadə edəcəyik”

09.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın əvəzedicilər komandasının üzvü Əli İbrahim Yunanıstanın “Olimpiakos” klubunun düşərgəsinə yollanıb.

“Atlılar”ın akademiyasının rəhbəri Nail Kərimov “Futbolpress.az“a açıqlamasında futbolçunun təcrübə keçmək məqsədilə Pireyə getdiyini bildirdi:

– Təşəbbüs Əlidən gəldi. Öz istəyi ilə praktika keçmək istədi və Yunanıstana yollandı.

– Bir müddət əvvəl Əli Bəşirov “Strasburq”un düşərgəsində olmuşdu. Bu dəfə Əli İbrahim xarici kluba praktikaya getdi. Hər iki oyunçu eyni proqram vasitəsilə göndərilib?
– Xeyr, fərqli situasiyadır. Bəşirovu “Strasburq” özü bəyənmiş, baxışa çağırmışdı. Bu, həm də təcrübə idi. Amma İbrahim öz təşəbbüsü ilə “Olimpiakos”a getmək istədi.

– Qarşıda yenə hansısa futbolçunun ölkə xaricinə yollanması ehtimalı var?
– Hazırda konkret plan yoxdur, amma bu məsələni daim diqqətdə saxlayırıq. Faydalı imkanlar olarsa, istifadə edəcəyik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью