Nail olduğumuz nəticədən razıyıq Kabo Verdenin baş məşqçisi

22.06.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Uruqvay ilə məhsuldar bərabərliyə razılaşan (2:2) Kabo Verde millisinin baş məşqçisi Bubista fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın mətbuat xidməti belə çatdırıb:

"Həm komandamızı, həm də xalqımızı təbrik edirəm. Oyunu böyük çətinliklə başa vurduq. Futbolçularımızın çoxu qıcolmadan əziyyət çəkirdi. Komandamız cəsarət nümayiş etdirdi. Oyun ərzində qələbə qazanmaq istəiyimizi ortaya qoyduq ki, bu da məni çox sevindirir.

Öz futbolçularımıza inanırıq. Həmişə dəyişikliklər edirik və komandamız oyunlara yaxşı təşkilatlanaraq qələbə hədəfi ilə çıxır. Bu gün nail olduğumuz nəticədən razıyıq".

Xatırladaq ki, hazırda 2 xalı olan Kabo Verde ilk dəfə dünya çempionatında iştirak edir. Sözügedən kollektiv qrupdakı son matçını iyunun 26-da Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

Nihat
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью