Nailə Əliyevanın iti evdən qaçdı: 16 nəfərlik axtarış qrupu yaradıldı

03.03.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

İş xanımı və blogger Nailə Əliyevanın iti itkin düşüb. 

Lent.az xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.

Nailə Əliyeva paylaşımında iddia edib ki, iti kimlərsə götürüb: "Bilgəhdə 7 gün əvvəl itimiz evdən qaçdı. Bilirik ki, bizim "Viski"ni kimlərsə götürüb. Onun 15 yaşlı var, qocadır, onun üçün bu böyük stresdir. Bizi də, 15 illik dostumuzu da bu stresdən qurtarın. Qaytarana böyük mükafat veriləcək".

Nailə Əliyeva şərhlərdə itin itməsindən narahat olan heyvansevərlərə “Viski”nin tapılması üçün 16 nəfərlik axtarış qrupu yaradıldığını, onların Bilgəh və Nardaran qəsəbəsində itin axtarışını apardıqlarını da bildirib. 
Qeyd edək ki, Nailə Əliyeva fəaliyyəti dayandırılmış “Lider TV”nin rəhbəri Ədalət Əliyevin həyat yoldaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью