Nailə və Hikmət Mirməmmədlilərin qızı ərə gedir!

14.04.2025

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nailə və Hikmət Mirməmmədlilərin qızı ərə gedir!

Bu gün mərhum bəstəkarlar Əməkdar və İncəsənət Xadimi Nailə və Hikmət Mirməmmədlilərin evində vağzalı sədaları eşidiləcək.

OLAY-ın əldə etdiyi özəl məlumata görə, bəstəkarların qızı Minirə Məmmədlinin toyudur.

30 yaşlı Minirə Memarlıq və İnşaat Universitetini bitirib. O, ixtisasca memar-dizaynerdir. 

Qeyd edək ki, mərhum cütlüyün Seyid Hüseyn (rəhmətə gedən ilk övladı), Cavidan, Minirə və Əli Əkbər Mirməmmədli adlı övladları var. Cavidan Mirməmmədli isə ailəlidir. Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə, Hikmət Mirməmmədli isə 22 may 2007-ci ildə dünyasını dəyişib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью