Nailəxanım Təqaüdünün təqdimetmə mərasimi keçiriləcək

12.11.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər Universiteti və Nailəxanım Təqaüd Fondu tərəfindən Nailəxanım Təqaüdünün təqdimetmə mərasimi keçiriləcək.

Tarix: 24 noyabr

Saat: 18:00

Məkan: Mərmər salon

Nailəxanım Təqaüdü magistratura və doktorantura səviyyələrində təhsil alan istedadlı qızların akademik və peşəkar inkişafını dəstəkləyir, eyni zamanda onların təhsilini tam maliyyələşdirməklə qadınların elmi potensialının üzə çıxarılmasına və cəmiyyətdə fəal iştirakına töhfə verir.

Tədbir çərçivəsində Fondun fəaliyyətinə həsr olunmuş qısa film nümayiş etdiriləcək, təqaüdlər təqdim olunacaq və səfirlərin iştirakı ilə “Fürsətdən təsirə: Sərhədləri aşan qadın liderliyi” mövzusunda panel müzakirəsi keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью