Naim Qasım öldürüldü?

09.04.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsrailin Livana 2 mart tarixində başlatdığı hücumlar davam edərkən, İsrail ordusu Livan “Hizbullah”ının baş katibi Naim Qasımın öldürüldüyünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail təyyarələri gecə saatlarından etibarən cənub bölgələrində yerləşən Zerariyə, Abbasiyə, Həbbuş, Cəbşit, Deyr Zəhrani, Düveyr, Kefra, Cumeycime, Safad Battih, Məcdəl Silm və Deyr Antar yaşayış məntəqələrini hədəf alıb. Hücumlar nəticəsində çox sayda insan həyatını itirib.

Hücumlarla bağlı İsrail ordusunun açıqlamasında bildirilib ki, “Hizbullah”a məxsus infrastruktur obyektləri hədəfə alınıb.

Ordu həmçinin “Hizbullah”ın baş katibi Naim Qasımın da öldürüldüyünü iddia edib.

Hadisə ilə bağlı “Hizbullah” tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью