Naina İbrahimova 150 ölkənin iştirak etdiyi gözəllik yarışmasında

28.11.2024

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.

Kulis.az xəbər verir ki, yarışma ötən gün start götürüb.

Aktrisa bununla bağlı Misirə yollanıb.

Yarışmanın münsiflərinin arasında Azərbaycandan modelyer Leyla Əhmədova da var.

51 yaşlı N.İbrahimova ötən gün açılış mərasimində podiuma çıxıb. Təmsilçilər 10 gün paytaxt Qahirədə qalacaq, müxtəlif tədbirlərdə iştirak edəcək və şəhəri gəzəcəklər.

Yarışmanın finalı dekabrın 6-da olacaq.

Müsabiqədə ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan gözəllər yarışır.

Baba Pünhanın qızı: "Mirşahin atamın üstünə gəlmişdi ki..." - Müsahibə Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır” Yazıçılar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью