Nakişi hərəkəti ediblər Sabiq Baş Prokuror

08.05.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in bu dəfəki qonağı, sabiq Baş Prokuror Əli Ömərov olub.

News24.az xəbər verir ki, veriliş zamanı sabiq Baş Prokuror İsa Nəcəfovun romanı əsasında çəkilən "Bir anın həqiqəti" filmində yaradılan obrazı barəsində də danışıb.

"Sözün əsl mənasında insanlığa layiq olmayan şeyləri çəkiblər, nakişi hərəkəti ediblər. Gua ki, mən AZTV-də müsahibə verərkən bir qadın mənə çay gətirir, mən isə qalxıb həmin qadının yaxasına boylanıb baxıram. Bu insanlığa layiq olmayan hərəkətdir. Yəni, mən o qədər naşa, tərbiyəsiz adamam ki, ölkənin televiziyasında kiməsə pis gözlə baxım?!", - deyə o bildirib.

Ə. Ömərovun sözlərinə görə bu onu ləkələmək üçün edilib:

"Bəlkə elə bu da Ramiz Mehdiyevin sifarişi olub".

Davamı videoda:

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью