Nakotikin təsiri altında traktor sürdü Sürücülük hüququndan 2 illik məhrum edildi

28.01.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Saatlı rayonunda traktoru narkotik vasitənin təsiri altında idarə edən 63 yaşlı sürücü həbs edilib.

Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü E.R. "Belarus MTZ-80" markalı traktoru idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında sürdüyü müəyyən edilib. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən E.R. son 2–3 gün ərzində narkotik vasitə qəbul etdiyini bildirib.

Məhkəmənin qərarına əsasən, o, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Oxunub 218

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью