Naməlum dron HAVA LİMANINI...

09.02.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Naməlum dron Sofiya hava limanında 6 təyyarənin uçuş cədvəlini pozub. 

News24.az bildirir ki, bu barədə “Nova” telekanalı hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, üç təyyarə hava limanına təxminən 20 dəqiqə gec enib, daha üç təyyarə isə 30 dəqiqə sonra havaya qalxıb.

Hava limanı ərazisində aşkarlanan naməlum dron bir metrə yaxın, çəkisi isə təxminən 30 kq olub. O, uçuş-enmə zolağının başlanğıcında təhlükəsizlik sistemləri tərəfindən aşkar edilib, bundan sonra cihaz yoxa çıxıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Zəhraxanım Şeydayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью