Naməlum dronlar ABŞın Almaniyadakı bazasının üzərində görünüb

13.12.2024

Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada yerləşən ABŞ-ın Ramşteyn aviabazasının üzərində naməlum dronlar müşahidə edilib. Bu barədə Spiegel jurnalı yazıb. 

Xəbərə əsasən, Avropada ABŞ ordusunun ən böyük bazalarından biri olan Ramşteyn aviabazasının üzərində  dekabrın 3-4-ü axşam saatlarında dəfələrlə naməlum dronlar görünüb. 

Eyni zamanda, dronlar Almaniyanın silah istehsalçısı Rheinmetall və kimya şirkəti BASF-ın obyektləri üzərində də müşahidə olunub. Bu dronların mənşəyi  naməlum olaraq qalır.

N.Təbrizli


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью