Naməlum qızdırma yayılır: artıq 52 adam ölüb

24.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Konqo Demokratik Respublikasının şimal-qərbində 50-dən çox insan naməlum xəstəlikdən ölüb.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Basankusu şəhərində mənşəyi məlum olmayan qızdırma yayılır. Artıq 943 nəfər bu xəstəliyə yoluxub. Onlardan 52-si dünyasını dəyişib”, - məlumatda bildirilir.

Naməlum xəstəliyin ilk halları fevralın 9-da qeydə alınıb. İnfeksiyaya yoluxmuş şəxslər qızdırma, titrəmə, baş ağrısı, oynaq ağrıları və digər simptomlar yaşayırlar.

Ebola qızdırmasının mümkün yayılma ehtimalı istisna edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью