Naməlum şəxs qubernatorun iqamətgahını yandırdı

14.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bazar günü gecə naməlum şəxs Amerikanın Pensilvaniya ştatının qubernatoru Coş Şapironun iqamətgahını yandırıb.

Axar.az xəbər verir ki, bu barədə Coş Şapiro şəxsi X hesabında paylaşım edib.

Hadisə nəticəsində qubernator və ailəsi təhlükəsiz şəkildə iqamətgahdan təxliyə olunub. Xəsarət alan olmayıb, yanğın qısa müddətdə söndürülüb.

Hücum edənin kimliyi və motivləri barədə rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью