Naməlum şəxslər erməni komandiri bir aydı izləyirmişlər VİDEO

04.02.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada partlayış nəticəsində erməni batalyonunun “Arbat”ın yaradıcısı Armen Sarkisyan ölüb. Rusiya tərəfi hadisənin sui-qəsd cəhdi olduğunu bildirib və bununla bağlı cinayət işi açıb. 

"Unikal" xəbər verir ki, Rusiya teleqram kanallarında yayımlanan görüntülərə əsasən, Sarkisyan bir müddətmiş ki, izlənirmiş.

Belə ki, hadisədən bir gün əvvəl - yəni fevralın 2-də Armen Sarkisyan obyektlərin birindən çıxaraq mühafizəçilərin müşayiəti ilə avtomobilinə əyləşib. Təhlükəsizlik kamerasına əks olunan videoda sözügedən obyektin yaxınlığında köhnə, qeyri-adi avtomobildə iki şübhəli şəxs görüntülənib.

"Baza" teleqram kanalı yazır ki, naməlum şəxslər ən azı 1 aydır ki, Sarkisyanı izləyirmişlər. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью