Naməlum tərkibli narkotikdən 27 nəfər zəhərləndi | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də mənşəyi bilinməyən narkotik maddə qəbul edən 27 nəfər xəstəxanaya yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Baltimor şəhərində baş verib.
Pulsuz paylanan və güman edildiyi kimi test xarakteri daşıyan narkotik maddəni qəbul edənlər baş gicəllənməsindən şikayətləniblər və əksəriyyəti bir qədər sonra huşunu itirib.
Qeyd edək ki, polis narkotik maddəni paylayanların axtarışına başlayıb. Həmçinin, narkotik maddənin tərkibi araşdırılır.
L.Tağıyeva Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu