Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son bir ildə ölkədə dövlət tərəfindən dəfn mərasiminin qiyməti kəskin bahalaşıb...
...Namibiya hökuməti dövlət dəfn mərasimlərinə müvəqqəti qadağa qoyub. Moratorium 2026-cı ilin aprel ayına qədər qüvvədə olacaq.
Hökumət bu qərarın səbəblərini açıqlamayıb, lakin BBC-nin verdiyi məlumata görə, ölkədə çətin maliyyə vəziyyətində bu dəfn mərasimlərinə nə qədər xərcləndiyinə dair kəskin tənqidlər olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Namibiyada bir dövlət dəfn mərasiminin qiyməti son bir ildə kəskin şəkildə artıb.
Belə ki, 2022/23-cü maliyyə ilində 23 nəfər dövlət təltifləri ilə dəfn edilib ki, bunun üçün büdcədən 2,1 milyon Namibiya dolları (təxminən 120 min dollar) xərclənib.
2024/25 maliyyə ilində dəfn mərasimləri artıq 2,2 milyon dollara başa gəlib.
Səlahiyyətlilər fevral ayında vəfat edən Namibiyanın ilk prezidenti Sem Nujomanın cənazəsinin təntənəli şəkildə ölkə daxilində daşınmasına 1,7 milyon dollar xərcləyib.