Namibiya tarixində ilk: qadın prezident seçildi | Icma.az
Icma.az, Publika.az saytına istinadən bildirir. Noyabrın 27-də Namibiyada keçirilən prezident seçkilərində ölkənin hazırkı vitse-prezidenti
Publika.az bu barədə Namibiya Seçki Komissiyasının rəsmi bəyanatına istinadla xəbər verir.
Seçki komissiyasının məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra seçkilərdə iştirak edən ölkə vətəndaşlarının 57%-i Nandi-Ndaitvaya səs verib.
Müstəqil Namibiyanın tarixində ilk dəfə qadın dövlət başçısı olub. Nandi-Ndaitva digər 14 namizədi geridə qoyub.
Fevral ayında Namibiyanın vitse-prezidenti, prezidentin səlahiyyətlərini icra edən Nangolo Mbumba dövlət başçısı kimi and içib.
O, Xarici İşlər Nazirliyinin rəhbəri Netumbo Nandi-Ndaitvanı yeni vitse-prezident təyin edib.
Ölkə lideri Hage Geingob, 4 fevral gecəsi vəfat edib. O, xərçəngdən müalicə olunurdu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu