Namibiyanın ilk qadın prezidenti seçildi

04.12.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 27-də keçirilən prezident seçkilərində Namibiyanın vitse-prezidenti və hakim partiya olan SWAPO - Namibiya Cənub-Qərbi Afrika Xalq Təşkilatının namizədi Netumbo Nandi-Ndaitva qalib gəlib.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki,  Namibiya Yayım Korporasiyası seçki komissiyasının məlumat yayaraq, "Nandi-Ndaitva 57% səs topladı" deyib.  Namibiyanı əvvəllər heç vaxt qadın idarə etməyib.

Prezident seçkilərində 15 namizəd iştirak edib. Birinci turda qalib gəlmək üçün onlardan birinin 50% üstəgəl bir səs toplaması lazım idi.

72 yaşlı Nandi-Ndaitva Afrikanın ən təcrübəli siyasətçilərindən biridir. SSRİ-də təhsil alıb və “Kommunist gənclər hərəkatının işi və təcrübəsi” ixtisası üzrə diplom alıb. Sonrakı illərdə Nandi-Ndaitva müxtəlif dövlət vəzifələrində çalışmış və eyni zamanda parlament üzvü olmuşdur.

Gülayə Mecid


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью