Namidə İsayeva işdən ÇIXDI

31.07.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri Namidə İsayeva vəzifəsindən ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında məlumat yayıb.

"Bu gündən etibarən öz təşəbbüsümlə Nizami Tibb Mərkəzindəki fəaliyyətimi başa vururam.

Dörd il ərzində burada ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri kimi çalışdım.

Bu müddət mənə səhiyyə sahəsini daha yaxından tanımağı, vətəndaşlarla peşəkar şəkildə işləməyi, media ilə münasibətlərin qurulmasını, böhran vəziyyətlərinin idarə edilməsini və bir çox başqa dəyərli təcrübələr qazandırdı.

Bu illər ərzində kimliyindən asılı olmayaraq mənə müraciət edən, zəng edən hər kəsə bacardığım qədər dəstək olmağa çalışdım.

Bu sahədə çalışan həmkarlarım yaxşı bilirlər ki, bizim işimiz zaman və məkan tanımır.

Gecə saat dörddə gələn zənglər, bazar günü yuxudan oyadan mesajlar, həftəsonu və ya məzuniyyət demədən edilən müraciətlər… Bütün hallarda hər kəsə çatmağa və mümkün qədər əlçatan mətbuat rəhbəri olmağa çalışdım.

Buradan media nümayəndələrinə xüsusi təşəkkürümü bildirirəm. Onlar bəzən bizi dinlədilər, bəzən açıqlamalarımızı işıqlandıraraq vətəndaşlarla aramızda körpü rolunu oynadılar.

Bu illər ərzində çox gözəl kollektivlə çalışdım, dəyərli insanlar tanıdım və yaxşı dostlar qazandım.

Ən əsası isə buradan çox gözəl xatirələrlə ayrılıram.

Hər son yeni bir başlanğıcdır!", - deyə Namidə İsayeva yazıb.

AYSEL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью