Namik Ələsgərov karyerasını Azərbaycanda davam etdirməyəcək

01.08.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah"ın yeni müqavilə bağlamadığı Namik Ələskərov yeni təklif gözləyir.

Oxu.Az xəbər verir ki, 30 yaşlı oyunçu ölkə klublarından aldığı bir neçə təklifi rədd edib. Təcrübəli yarımmüdafiəçi yenidən legioner həyatı yaşamaq istəyir. Namik Türkiyə variantlarını dəyərləndirir.

2021-ci ildə "Neftçi"dən ayrıldıqdan sonra "Bursaspor"a keçən Ələskərov Türkiyəyə yad sima deyil. O bu klubda cəmi bir il keçirdikdən sonra "Sabah"a keçsə də, qardaş ölkənin aşağı liqasında yaddaşda qalıb. Artıq bir neçə təklif alan həmyerlimiz tezliklə seçimini edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью