Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, turun növbəti matçında “Kəpəz” doğma divarlar arasında “İmişli”ni sınağa çəkib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 77-ci dəqiqədə Namik Ələsgərov vurub. Təcrübəli futbolçu möhtəşəm cərimə zərbəsi ilə komandasına vacib 3 xalı qazandıran qolun müəllifi olub.