Namik legioner həyatı yaşaya bilər! meneceri açıqladı

30.06.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, son mövsümü rotasiya oyunçusu kimi keçirən Namik Ələskərov “Sabah”dan ayrılıb.

Futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. 30 yaşlı yarımmüdafiəçinin meneceri Vaqif Heydərlinin bununla bağlı fikrini öyrəndik:

“Əslində “Sabah”da qala bilərdi. Belə qərara gəldi ki, komandasını dəyişsin. Səbəbləri detalları ilə açıqlaya bilməyəcəm. Ölkədaxili və əcnəbi klublardan təkliflər var. Yaxın günlərdə Namikin yeni komandası bəlli olacaq”.


MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью