Namiq bu yolla formada qalır

21.03.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meyxanaçı Namiq Qaraçuxurlu formada qalma sirrini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, çörək və şirniyyat yemir və idmanla məşğul olur:

"Çörək və şirniyyat yemirəm. 10-15 gündən bir özümə şirniyyat yeməyə icazə verirəm. Amma heç o da olmur, nəfsim çəkmir. Həftədə 3 dəfə idmanla məşğul oluram. Fitnesə gedirəm və sağlamlıq üçün yüngül idman edirəm. Gecələr yeməkdən sonra yürüşə çıxıram. Və son vaxtlar üzməyə daha çox meyil etmişəm. Son vaxtlar başım bir az gicəllənir, amma üzməklə düzəlir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью