Namiq Məmmədov həyatını İTİRDİ

08.01.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Naxçıvanda sürücünün ürəyinin tutması nəticəsində zəncirvari qəza baş verib.

News24.az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb. 

Sürücü Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlunun sükan arxasında ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq qəza törədib.

Qəza zamanı "Mercedes", "Hyundai Santafe" və "Chevrolet" markalı avtobillər toqquşub. Ürəyi tutan sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.//unikal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью