Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifovun meyxanaçı Namiq Mənaya bənzərliyi diqqət çəkib.
Məlumata görə,, R.Yusifovun N.Mənanın əmisi oğlu olduğunu deyənlər də var.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Namiq Məna deyib ki, bu, yanlış məlumatdır: “Mənim belə bir qohumum yoxdur. Yalan söhbətdir. Bənzərliyimiz ola bilər, amma qohumluq əlaqələrimiz yoxdur”.
Qeyd edək ki, ASC-də əsas məsələlər, xüsusilə də satınalmalar R.Yusifovun nəzarəti altında olduğu bildirilir. Qeyd olunur ki, onun razılığı olmadan hansısa şirkət ASC-dən tender əldə edə bilməz.