Namiq Qaraçuxurlu 83 yaşlı atası ilə Xəbər saytı Son xəbərlər və Hadisələr

28.11.2024

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o şəxsi İnstaqram hesabında atası Hilal bəyin fotosunu izləyiciləri ilə bölüşüb.

Meyxanaçı onun 83 yaşı olduğunu bildirib və ad günü münasibətilə təbrik edib.

"Həm atamızdır, həm anamızın yadigarı. Bu gün onun 83 yaşı tamam olur. Nə qədər könlümüz açılmasada, çalışırıq müxtəlif bəhanələrlə əhvalımızı yüksəldək. Allah bütün böyüklərimizi qorusun".

Xatırladaq ki, Qaraçuxurlunun anası Qənirə xanım bu ilin sentyabrın 24-də vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью