Namiq sayəsində meyxanaçıya kömək olundu FOTO

02.12.2024

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi , meyxanaçı Namiq Qaraçuxurlu həmkarı Xəyyamın fotosunu paylaşıb izləyicilərindən yardım istəmişdi.

Milli.Az xəbər verir ki, o​nun paylaşımından sonra ağır vəziyyətdə olan həmkarı Xəyyama kömək edilib.

Bu barədə aparıcı Zaur Nəbioğlu "Rəngarəng səhər" verilişində danışıb. 

O bildirib ki, Namiqin paylaşımını görən imkanlı şəxs Xəyyama yardım göstərib:

"Namiq Qaraçuxurlu səni ziyarət edəndə video paylaşdı. Ondan sonra ona zəng gəldi. Xəyyamın səhhətindəki problemə görə əməliyyatına lazım olan qalıq məbləği üzərinə götürəcəyinə söz verdi. Bunu namiq Qaraçuxurluya dedi. Hətta Namiq xaricdən sənə zəng edib, cavab verməmisən. Sən və yanındakı adamlar Namiqin istirahətdə olduğunu düşünmüsünüz. Amma Namiq harada olmağından asılı olmayaraq dostunu düşünüb".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью