Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlunu Rusiyada hava limanında saxlayıblar.
Axşam.az-a açıqlama verən sənətçi toy məclisinə getdiyini, hava limanında onları incitiklərini bildirib. Şəbnəm əlavə edib ki, növbəti təyyarəyə də gecikiblər:
"Namiq Qaraçuxurlunu 15, məni 6 saat saxladılar. Bu gün müğənnilərin yarısı Samarada toydadır. Milləti incidirlər. Növbəti reysimizə də gecikdik. Növbəti dəfə bilet almalı oldum. Amma nəticədə gəlib çatdıq".