Namizədlərin sənədlərinin qəbulu dekabrın 10da başlayacaq

27.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu seçki gününə 50 gün qalmış - dekabrın 10-da başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu tarix "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarovanın təqdimatına əsasən, müraciətlərin qəbulu dekabrın 30-u saat 18:00-da yekunlaşacaq.

MSK katibi vurğulayıb ki, namizədliyin irəli sürülməsi prosesi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra başlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью